TikTok Qaydaları — Azad Agentlik
TikTok Təhlükəsizlik Mərkəzi — Azad Agentlik

Salam, Parlayan Ulduz! ✨
İlk öncə əsas qaydalarla tanış olaq

Buradakı prinsiplər həm məzmununu gücləndirəcək, həm də hesabını qoruyacaq.

TikTok Community Guidelines ↗

1 Qaydalara əməl et

TikTok icma qaydalarına ciddi nəzarət edir. Aşağıdakı risklər video və hesabın məhdudlaşdırılmasına səbəb ola bilər:

  • Nifrət nitqi, zorakılıq, təhqir və təhdid
  • Çılpaqlıq və açıq-aşkar seksual davranış
  • Qumar, alkoqol, narkotiklə bağlı məzmun
  • Müəllif hüquqlarının pozulması
  • Aldatma və yanlış məlumat yaymaq
Tövsiyə: Şübhə varsa paylaşmazdan əvvəl bir daha bax, alqoritm bəzən məzmunu avtomatik riskli hesab edə bilər.

2 Təhlükəsiz davranış

Hər canlı yayım və video etik və hörmətli olmalıdır.

  • Küfür və aqressiyadan uzaq dur
  • Heç kimi alçaltma və ya təhqir etmə
  • Riskli çağırışlar və təhlükəli davranışlardan çəkin
  • “Jeton” və “balans”la bağlı aldatma cəhdlərinə yol vermə
Xəbərdarlıq: Canlı yayımda qayda pozuntuları daha sərt tədbirlərlə nəticələnə bilər.

3 Yaş məhdudiyyəti

Platformada gəlir gətirən canlı yayımı yalnız 18 yaşdan yuxarı şəxslər aça bilər.

  • Yetkin deyilsənsə, monetizasiya aktiv olmayacaq
  • Yaş səhv tanınıbsa sənədlərlə düzəliş mümkündür
Məsləhət: Hesab məlumatlarını tam və doğru saxla, yoxlama prosesini sürətləndirər.

4 Qazanc və şəffaflıq

Qazanc yalnız rəsmi yollarla — agentlik və ya TikTok Partner proqramı ilə mümkündür.

  • Hədiyyələr birbaşa istifadəçinin hesabına əlavə olunur
  • Pul çıxarışı yalnız şəxsi banka mümkündür
Qadağa: Jeton satmaq, balans paylaşmaq və ya qeyri-rəsmi ödəniş qəbul etmək hesabın bağlanmasına səbəb ola bilər.